satellite   Azerspace-1: 11135 H 30000

Kabo-Verde millisinin ev oyunlarını keçirdiyi stadiona Pelenin adı veriləcək

Kabo-Verde millisinin ev oyunlarını keçirdiyi stadiona Pelenin adı veriləcək

Kabo-Verde hökuməti FIFA prezidenti Canni İnfantinonun hər ölkədə Pelenin adına stadionun olması təklifini dəstəkləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin Baş naziri Xose Ulisses Korreya i Silva sosial şəbəkələrdə açıqlamasında bildirib.

Açıqlamada deyilir: “Peleyə təşəkkür edərək. Dünyanın bir çox ölkəsi tərəfindən dəstəklənəcəyinə inandığım təşəbbüsün bir hissəsi olaraq Milli stadionumuzun adını “Pele Stadion” adlandırmaq niyyətindəyik. Kabo-Verdi və Braziliyanın birgə tarixi və mədəniyyəti var”.

Qeyd olunur ki, Pelenin adını daşıyacaq Milli stadion 15 min tamaşaçı tutumuna malikdir və Kabo-Verde millisi ev oyunlarını bu arenada keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM