satellite   Azerspace-1: 11135 H 30000

Markuş Reşford 13 illik rekordu təkrarlayıb

Markuş Reşford 13 illik rekordu təkrarlayıb

“Mançester Yunayted”in futbolçusu Markus Reşford 13 illik rekordu təkrarlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çarlton”la görüşdə buna nail olub.

Meydana əvəzetmədən daxil olaraq, komandasının 3:0 hesablı qələbəsinə 2 qolla töhfə verən ulduz futbolçu ardıcıl 8-ci ev matçında fərqlənməyi bacarıb. “Qırmızı şeytanlar”da bu göstəriciyə sonuncu dəfə 2010-cu ildə sabiq forvard Ueyn Runi imza atıb.

Qeyd edək ki, Markus Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM