satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub - FOTOLAR

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub<font color=red> - FOTOLAR</font> Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub<font color=red> - FOTOLAR</font>

Azərbaycan cüdoçularının Olimpiya Təsnifat Dövrü üçün ilk Olimpiya Dünya Reytinq siyahısındakı mövqeləri bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası yanvarın 11-nə olan sıralamanı açıqlayıb.

Azərbaycan təmsilçilərindən Səid Mollayi 81 kq çəki dərəcəsində dünya reytinqinə başçılıq edir. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) isə öz çəki dərəcələrində ikinci pillədədirlər.

Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarına hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM