satellite   Azerspace-1: 11135 H 30000

“Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb

“Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb

Bu gün futbol üzrə İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Milan” öz meydanında “Torino” ilə qarşılaşıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 70-ci dəqiqəsində “Torino”nun futbolçusu Cici qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin “Rossonyerlər” say üstünlüyündən yararlana bilməyiblər. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtın ikinci hissəsində - 114-cü dəqiqədə “Torino”nun futbolçusu Adopo hesabı açıb. Oyunda başqa qol olmayıb və beləliklə, “Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM