satellite   Azerspace-1: 11135 H 30000

AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA milli komandanın səfərdə İsveç yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununda mümkün erməni təxribatı ilə bağlı UEFA-ya və yerli federasiyaya müraciət edəcək. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında bildirib. 

O, yığmanın istənilən səfər qarşılaşmasından əvvəl matçın keçiriləcəyi ölkədəki səfirliyə və ehtiyac yarandığı təqdirdə beynəlxalq quruma, həmçinin yerli futbol federasiyasına məktubla müraciət etdiklərini diqqətə çatdırıb: "Belə informasiya çıxıbsa, təbii ki, UEFA-ya və İsveç Futbol Federasiyasına bununla bağlı məlumat veriləcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM