satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son dörd ilk oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu ada İspaniya "Real Madrid"inin hücumçusu Vinisius Junior layiq görülüb.

Braziliyalı hücumçu səsvermədə İtaliya "Napoli"sindən İrvinq Losano, "İnter"dən Hakan Çalhanoğlu və İngiltərənin "Mançester Siti" komandasından Riyad Mahrezi qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior İngiltərədə "Liverpul"u 5:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM