satellite   Azerspace-1: 11135 H 30000

Boksçumuz beynəlxalq turnirdə finala yüksəlib

Boksçumuz beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan boksçusu Aynur Rzayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, +81 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib.

Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

A.Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək.

Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. Özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, “Strandja” turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM