satellite   Azerspace-1: 11135 H 30000

Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək

Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək

Sabah Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 48 ölkədən 173 idmançı iştirak edəcək.

Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM