satellite   Azerspace-1: 11135 H 30000

Futzal üzrə Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib

Bu gün 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.

Naxçıvan televiziyası Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq.

Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun matçı da rəqib zalında keçirəcək.

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM