satellite   Azerspace-1: 11135 H 30000

“Paris-2024” Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasiminin vaxtı müəyyənləşib

“Paris-2024” Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasiminin vaxtı müəyyənləşib

“Paris-2024” Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasiminin vaxtı müəyyənləşib.

Naxçıvan televiziyası “Reuters” agentliyinə istinadla xəbər verir ki, mərasim gələn il aprelin 16-da Yunanıstanın Olimpiya şəhərində keçiriləcək. Həmin vaxt yarışın açılış mərasiminə 101 gün qalacaq.

Məşəl alovlandırıldıqdan sonra estafetə start veriləcək. Məşəl təxminən bir həftəyə Afinaya çatdırılacaq. Oradan məşəlin Aralıq dənizi vasitəsilə üçdirəkli “Belem” gəmisi ilə yola salınması planlaşdırılır. Mayın 8-də gəmi Marselə çatacaq. Marsel Olimpiya Oyunları zamanı futbol və yelkən yarışlarına ev sahibliyi edəcək. Sonra məşəl estafeti bütün Fransanı əhatə edəcək.

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi gələn il iyulun 26-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM