satellite   Azerspace-1: 11135 H 30000

"Sabah" - "Beşiktaş" oyunundan əldə olunmuş vəsait açıqlanıb

"Sabah" - "Beşiktaş" oyunundan əldə olunmuş vəsait açıqlanıb

"Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilmiş xeyriyyə matçından əldə olunmuş vəsait bəlli olub.

Naxçıvan televiziyası Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 manat təşkil edib.

Məbləğ ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.

Bu, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş 3:3 hesabı ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM