satellite   Azerspace-1: 11135 H 30000

XXXI Ümumdünya Yay Universiadasının rəsmi gerisayımına start verilib

XXXI Ümumdünya Yay Universiadasının rəsmi gerisayımına start verilib

İyulun 28-dən avqustun 8-dək Çinin Çenqdu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasının rəsmi gerisayımına bu gün start verilib.

Naxçıvan televiziyası Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan bu yarışda əvvəlki illərlə müqayisədə rekord sayda – 103 idmançı ilə təmsil olunacaq.

İdmançılarımız Universiadada kamandan oxatma, basketbol, atıcılıq, cüdo, tennis, bədii gimnastika, uşu, taekvondo, voleybol, badminton, stolüstü tennis, idman gimnastikası, atletika, üzgüçülük, qılıncoynatma və akademik avarçəkmə idman növlərində yarışacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM