satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM