satellite   Azerspace-1: 11135 H 30000

Firudin Qurbanov yenidən Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçilib

Firudin Qurbanov yenidən Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçilib

İyulun 12-də AFFA-nın inzibati binasında Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFFİB) hesabat-seçki konfransı keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, konfransda AFFA İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Konfransı giriş sözü ilə ATFFİB-nin prezidenti Firudin Qurbanov açıb. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra federasiyanın prezidenti ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib.

Konfransda Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Firudin Qurbanov yekdilliklə növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib.

Yeddi nəfərdən ibarət İcraiyyə Komitəsinin yeni tərkibi müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM