satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın iki güləşçisi reytinq turnirində mübarizəyə başlayır

Azərbaycanın iki güləşçisi reytinq turnirində mübarizəyə başlayır

Azərbaycanın iki sərbəst güləşçisi bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürəcək reytinq turnirində mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov 1/8 final mərhələsində Uri Kalaşnikov (İsrail) - Benyamin Greil (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov eyni raundda Vladislav Baytsayevin (Macarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, reytinq turniri iyulun 16-da başa çatacaq. Yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də qüvvələrini sınayacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM