satellite   Azerspace-1: 11135 H 30000

U-19 Avropa çempionatının finalçıları müəyyənləşib

U-19 Avropa çempionatının finalçıları müəyyənləşib

Maltada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, Portuqaliya millisi Norveçi, İtaliya seçməsi isə İspaniyanı məğlub edərək finala yüksəliblər.

İtaliya və Portuqaliya milliləri artıq bir dəfə qrup mərhələsində üz-üzə gəliblər. Həmin oyunda Portuqaliya millisi İtaliya yığmasını 5:1 hesabı ilə məğlub edib. A qrupunda yer alan Portuqaliya yığması üç oyunda üç qələbə qazanaraq qrupun lideri olub. İtaliya təmsilçisi isə həmin qrupda dörd xalla ikinci pillədə qərarlaşıb.

U-19 Avropa çempionatının final oyunu iyulun 16-da “Nasional” stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM