satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqası: Azərbaycanlı FIFA referisinin köməkçiləri açıqlanıb

Konfrans Liqası: Azərbaycanlı FIFA referisinin köməkçiləri açıqlanıb

Rumıniyada ÇFR və Türkiyənin "Adana Demirspor" komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək Elçin Məsiyevin köməkçiləri müəyyənləşib.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçın laynsmanları Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM