satellite   Azerspace-1: 11135 H 30000

Ronaldu Ginnesin “Rekordlar” Kitabına düşüb

Ronaldu Ginnesin “Rekordlar” Kitabına düşüb

Səudiyyə Ərəbistanının “ƏI-Nəsr” və Portuqaliyanın futbol üzrə millisinin hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin ən çox qazanan idmançısı kimi Ginnesin “Rekordlar” Kitabına düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Forbes”in məlumatına görə, 38 yaşlı forvard 2022-ci ilin 1 mayından 2023-cü ilin 1 mayına qədər 136 milyon dollar qazanıb.

Bu məbləğə əmək haqqı, pul mükafatı, müqavilə mükafatları, sponsorluqlar, həmçinin kommersiya tədbirlərində iştirakdan əldə edilən maliyyə daxildir.

Ginnesin “Rekordlar” Kitabında 2022-ci ildə argentinalı hücumçu Lionel Messi ilin ən çox qazanan idmançısı seçilib. Onun nəticəsi 130 milyon dollar idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM