satellite   Azerspace-1: 11135 H 30000

Meksika 2036-cı ildəki olimpiadaya ev sahibliyi etmək təklifini geri çevirib

Meksika 2036-cı ildəki olimpiadaya ev sahibliyi etmək təklifini geri çevirib

Meksika 2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifini geri çevirib.

Naxçıvan televiziyası "Relevo" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Olimpiya Komitəsinin rəhbəri Mariya Xose Alkala açıqlamasında bildirib.

O, rəqabətin çox güclü olduğunu söyləyib: "Bu səbəbdən 2032-ci ildə gənclərin olimpiadasına ev sahibliyi etmək üçün namizədliyimizi irəli sürəcəyik. Bunun üçün əla imkanlarımız var".

Qeyd edək ki, Hindistan, Türkiyə, İndoneziya və Polşa 2036-cı ildəki olimpiadaya ev sahibliyi etmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM