satellite   Azerspace-1: 11135 H 30000

Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə yerli “Asharq Al-Awsat” nəşri məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssis “Əl-Şabab” klubu ilə şifahi anlaşma əldə edib. Klub rəsmiləri məlumatı təsdiqləyiblər. Mourinyonun bir neçə gün ərzində Ər-Riyada yollanacağı gözlənilir. “Əl-Şabab” Səudiyyə Ərəbistanı çempionatında 19 turdan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Joze Mourinyo bir neçə gün əvvəl İtaliya klubu “Roma”dan istefaya göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM