satellite   Azerspace-1: 11135 H 30000

Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanılıblar

Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanılıblar

Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini M.Zeynalov saxlanılıb.

Bu barədə NTV-yə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.

Eyni zamanda, su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Neftçala rayon sakinləri Ş.Şirinov və R.Əhmədov da saxlanılıblar. Onlardan sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM