satellite   Azerspace-1: 11135 H 30000

Daşkəsəndə güclü sel 70-dən çox xırdabuynuzlu heyvanı tələf edib

Daşkəsəndə güclü sel 70-dən çox xırdabuynuzlu heyvanı tələf edib

Daşkəsəndə güclü sel kənd yollarına və təsərrüfata ziyan vurub.

NTV-nin  məlumatına görə, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub.

Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib. Bundan başqa sözügedən və digər kəndlərin yollarından da sel keçib.

Bundan başqa sel Gəncə-Daşkəsən yoluna palçıq və çınqıl gətirib. Hazırda yolda aidiyyatı qurumlar tərəfindən iş aparılır, yolun təmizlənməsi həyata keçirilir.

Qeyd edək ki, gecə Gəncə şəhəri və ətraf rayonlara ciddi yağış yağıb, sel gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM