satellite   Azerspace-1: 11135 H 30000

Sulu qar, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə NTV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM