satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artıb

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artıb

2024-cü ilin ilk 2 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 5.784 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 7.608 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında vergi ödəyicilərinə 150.219 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 20 görüş keçirilib, 104 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.008 müraciət üzrə 1.825 Asan İmza sertifikatı verilib.

İlin əvvəlindən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən ümumilikdə 3.820 şəxs qəbul edilib və onlara 5.496 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM