satellite   Azerspace-1: 11135 H 30000

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

Azərbaycan və Suriya arasında ikitərəfli intensiv təmaslar davam edir.

NTV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dünyada gedən proseslər yeni çağırışlar, imkanlar yaradır:

"Hər bir dövlət də buna adaptasiya olaraq uyğun addımlar atır. Baxın, bir il bundan əvvəl Suriyada baş verən proseslərə. İndi isə Azərbaycanın Suriya ilə münasibətlərinə diqqət yetirin. Azərbaycan ilk gündən Suriyadakı prosesləri dəstəklədi. Prezident İlham Əliyevin tapşırığı ilə Suriyada dəyişiklikdən sonra bu ölkəyə humanitar yardım göndərildi, səfirlik bərpa edildi, keçid dövrü rəhbərinin Azərbaycana səfəri baş tutudu. Eyni zamanda, Azərbaycan Suriyaya qaz göndərdi. Bu gün də ikitərəfli təmaslar intensiv şəkildə davam edir".

15:31

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.

NTV  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb:

"Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəsait ayrırmaqda davam edib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM