satellite   Azerspace-1: 11135 H 30000

KİV: Türkiyə Rusiyadan Pakistana qaz kəmərinin çəkilişində iştirak edəcək

KİV: Türkiyə Rusiyadan Pakistana qaz kəmərinin çəkilişində iştirak edəcək

İslamabad və Ankara Rusiyadan Pakistana qaz kəmərinin inşası üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “The Frontier Post” qəzetinə istinadla xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bununla bağlı razılıq əldə olunub.

Hər iki ölkənin liderləri bir sıra irimiqyaslı layihələrin, o cümlədən qaz tədarükünə yönələn layihələrin həyata keçirilməsində əməkdaşlığa dair razılığa gəliblər.

Qeyd edək ki, sentyabrın 15-də Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkəsindən Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistana qaz kəmərinin çəkilməsinin perspektivləri barədə danışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM