satellite   Azerspace-1: 11135 H 30000

AQTA tərəfindən Naxçıvan Muxtar Respublikasi Kənd Təsərrüfatı Nazirliyinə feromon tələlər göndərilib - FOTOLAR

AQTA tərəfindən Naxçıvan Muxtar Respublikasi Kənd Təsərrüfatı Nazirliyinə feromon tələlər göndərilib<font color=red> - FOTOLAR</font> AQTA tərəfindən Naxçıvan Muxtar Respublikasi Kənd Təsərrüfatı Nazirliyinə feromon tələlər göndərilib<font color=red> - FOTOLAR</font> AQTA tərəfindən Naxçıvan Muxtar Respublikasi Kənd Təsərrüfatı Nazirliyinə feromon tələlər göndərilib<font color=red> - FOTOLAR</font>

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı mübarizə aparmaq kənd təsərrüfatı mütəxəssislərinin qarşısında duran mühüm vəzifələrdəndir. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada bitkiçilik sahəsində zərərvericilərin monitorinqinin aparılması üçün feromon tələlər göndərilib. Tələlər nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin mütəxəssisləri tərəfindən Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən pomidor istixanasında zərərvericilərin mövcudluğu və populyasiya sıxlığını araşdırmaq üçün quraşdırılıb.

Quraşdırılan feromon tələlər şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılacaq və zərərvericilərə qarşı təlimata uyğun mübarizə tədbirləri aparılacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM