Ailə təsərrüfatçısı Mətləb Dünyamalıyev şərab emalı sahəsini genişləndirib - VİDEO

Hər il muxtar respublikada nümunəvi ailə təsərrüfatları yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır və beləliklə ixracın həcmi yüksəlir. Kəngərli rayonunun Çalxanqala kəndindən olan ailə təsərrüfatçısı Mətləb Dünyamalıyev də dövlət maliyyə dəstəyi hesabına şərab emalı sahəsini genişləndirib.

Ailə təsərrüfatı ilə tanışlıq zamanı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildiriblər ki, təsərrüfat sahiblərinin istehsal etdikləri çox çeşidli məhsulların festival və yarmarkalarda, ticarət mərkəzlərində, mağazalarda, xidmət mərkəzlərində satışa çıxarılması, eyni zamanda ölkəmizin digər bölgələrinə, xarici ölkələrə ixrac imkanlarının genişləndirilməsi onlara bu sahədə daha da stimul verir. Bu il fevralın 4-də muxtar respublika sahibkarları ilə keçirilən növbəti görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modelini xüsusilə qeyd edib. Sözügedən görüşdə Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 13 sahibkara, o cümlədən Mətləb Dünyamalıyevə güzəştli kreditlərin çeklərini təqdim edib. 

Naxçıvan televiziyasının əməkdaşları yeni istehsal sahəsi ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Ərhan Novruzov

Xəbər lenti
Goranboyda zəlzələ olub

17:41 30.11.2022

Çox oxunan xəbərlər