satellite   Azerspace-1: 11135 H 30000

"Hadrut" qovşaq yarımstansiyasının tikintisi noyabrın ortalarında başa çatacaq

"Hadrut" qovşaq yarımstansiyasının tikintisi noyabrın ortalarında başa çatacaq

"Hadrut" qovşaq yarımstansiyasının tikintisi noyabrın ortalarında başa çatacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov deyib.

O bildirib ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kilovoltluq 2x1600 kilovatt gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını qarşılayacaq. Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin qurulması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM