satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı sahibkarlar beynəlxalq sərgidə iştirak ediblər - FOTOLAR

Naxçıvanlı sahibkarlar beynəlxalq sərgidə iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvanlı sahibkarlar beynəlxalq sərgidə iştirak ediblər<font color=red> - FOTOLAR</font>

İstanbulun TÜYAP Sərgi Mərkəzində “27-ci Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi”  keçirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye”, “Naxçıvan Şərab”, “Karton-Tara” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Savalan-S” kiçik müəssisəsinin nümayəndələri sərgidə iştirak ediblər.

Yüksək səviyyədə təşkil edilmiş sərgidə müxtəlif çeşiddə qablaşdırma avadanlıqları ilə tanış olan naxçıvanlı sahibkarlar əməkdaşlıq edə biləcək şirkətlərlə ikili görüşlər keçirib və perspektivli əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.

Qeyd edək ki, paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksək keyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil olunmuş sərgidə 125 ölkənin 1100-dən çox şirkəti iştirak edib.

 

                                                                          

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM