satellite   Azerspace-1: 11135 H 30000

Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri duman səbəbindən Bakıya enib

Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri duman səbəbindən Bakıya enib

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.

Aeroportdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına enib.

Həmçinin səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM