satellite   Azerspace-1: 11135 H 30000

Avropada qaz fyuçersləri 8% ucuzlaşıb

Avropada qaz fyuçersləri 8% ucuzlaşıb

2023-cü ildə həftənin ilk iş günündə Avropada qazın qiyməti min kubmetr üçün 800 dollardan aşağı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu “ICE London” Fond Birjasının məlumatları sübut edir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 777,3 ABŞ dolları (-8%) səviyyəsində ticarət edilib. Daha sonra onların dəyəri 790,5 dollar (-6,4%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün, ötən həftənin cümə gününün hesablaşma qiymətinə (min kubmetr üçün 844,3 ABŞ dolları) əsaslanır.

Xatırladaq ki, dekabrın 30-da kotirovkalar son 10 ayda ilk dəfə olaraq min kubmetr üçün 800 dollardan aşağı düşmüşdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM