satellite   Azerspace-1: 11135 H 30000

Frankfurt-Almatı-Astana reysi ilə uçan sərnişin təyyarəsi Bakı aeroportuna enib

Frankfurt-Almatı-Astana reysi ilə uçan sərnişin təyyarəsi Bakı aeroportuna enib

Frankfurt-Almatı-Astana reysi ilə uçan sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Göyərtəsində 123 sərnişin olan “Airbus A330” təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM