satellite   Azerspace-1: 11135 H 30000

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, növbəti il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 660 min barel səviyyəsində olacağı ehtimal edilir.

Proqnoza əsasən, 2023-cü il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı dekabrda verilən proqnoz göstəricindən 10 min barel artıq olaraq gündəlik 650 min barel təşkil edəcək.

Hesabatda bildirilir ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel olub. Bu da öncəki proqnoz göstəricisi ilə eynidir.

Xatırladaq ki, 2021-ci il Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM