satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit gömrük prosedurları asanlaşdırılır

Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit gömrük prosedurları asanlaşdırılır

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit gömrük prosedurları asanlaşdırılır.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutan Milli Məclis “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişi deputatların müzakirəsinə təqdim etdikdən sonra təsdiqləyib.

Qeyd edək ki, tərəflər arasında saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.

Qanun layihəsi səsvermədə sonra təsdiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM