Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,1 milyard manat təşkil edib.

NUHÇIXAN İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.

5 aylıq daxilolmaların 1,3 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,2 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 72,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,1 % artaraq 54 milyon manata çatıb.

5 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 17,9 % artaraq 370 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 % artaraq 260 milyon manat olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM