satellite   Azerspace-1: 11135 H 30000

Ötən il SİF Naxçıvanda 27 sahibkara güzəştli kredit verib

Ötən il SİF Naxçıvanda 27 sahibkara güzəştli kredit verib

Ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev fondun ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O.Xaliyev qeyd edib ki, muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə 2,2 milyon manat güzəştli kreditdən yararlanıb: “Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılmış güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM