satellite   Azerspace-1: 11135 H 30000

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Nazirlər Kabineti "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib.

NTV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM