satellite   Azerspace-1: 11135 H 30000

"Vampirlə müsahibə" filminin treyleri yayımlanıb

"Vampirlə müsahibə" filminin treyleri yayımlanıb

“AMC” televiziyası Ann Raysın romanı əsasında çəkilən “Vampirlə müsahibə” filminin tizer-treylerini yayımlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, süjetdə Lui de Puent Dulak, Lestat de Lionkur və Klaudiadan bəhs edilir. Bu, qan və ölümsüzlüyün təhlükələri haqqında epik sevgi hekayəsidir. XX əsrin əvvəllərində Yeni Orleanda qaradərililərə qarşı olan məhdudiyyətləri qəbul etməyən Lui, azğın Lestatın təklifinə qarşı durmağı qeyri-mümkün hesab edərək ona vampir yoldaşı kimi qoşulmaq qərarına gəlir. Filmdə əsas hadisələr də bundan sonra başlayır.

Qeyd edək ki, ekran əsərinin premyera tarixi hələ açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM