satellite   Azerspace-1: 11135 H 30000

Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi keçirilib - FOTOLAR

Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi  keçirilib<font color=red> - FOTOLAR</font> Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi  keçirilib<font color=red> - FOTOLAR</font> Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi  keçirilib<font color=red> - FOTOLAR</font> Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi  keçirilib<font color=red> - FOTOLAR</font> Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi  keçirilib<font color=red> - FOTOLAR</font> Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” sərgisi  keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və KamART İncəsənət Qalereyasının təşkilatçılığı ilə Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bizi qovuşduran rənglər” adlı sərgi keçirilib. Bakı və Naxçıvanda fəaliyyət göstərən uşaq və yeniyetmələrin yaradıcılığına həsr olunan sərgidə 70-ə yaxın rəsm əsəri nümayiş olunub.

Sərginin açılış tədbirində əvvəlcə torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, bu gün istedadlı gənclərimizin sırasında rəssamlığa maraq göstərənlər də kifayət qədərdir. Gənc rəssamlar istedad və bacarıqlarını inkişaf etdirir, Azərbaycan və Naxçıvan rəssamlıq sənətinə öz töhfələrini verirlər. “Bizi qovuşduran rənglər” sərgisi də gənclərin rəssamlıq sahəsindəki potensiallarının daha bir göstəricisi kimi yüksək qiymətə malikdir.

Tədbirdə digər çıxış edənlər sərgi haqqında fikirlərini bildirib, gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Sonra sərgiyə baxış olub.

Qeyd edilib ki, sərgi Bakı və Naxçıvanda fəaliyyət göstərən uşaq və yeniyetmələrin yaradıcılıq nümunələrindən ibarət əsərlərə həsr edilib. Sərgidə uşaq və yeniyetmələrin fərqli janr və üslublarda işlədikləri əsərlər sırasında portretlər, natürmortlar üstünlük təşkil edir.

İstedadı ilə seçilən gənc rəssamlara Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və KamART İncəsənət Qalereyasının diplom və kataloqları  təqdim olunub. 

                                                        Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM