satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Ordubadda konsert proqramı təqdim edib - FOTOLAR

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Ordubadda konsert proqramı təqdim edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Ordubadda konsert proqramı təqdim edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Ordubadda konsert proqramı təqdim edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Filarmoniyası Müstəqilliyin Bərpası Günü ilə bağlı növbəti konsert proqramını Ordubadda təqdim edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan konsertdə Filarmoniyanın Estrada Orkestri geniş konsert proqramı ilə çıxış edib.

Konsert proqramında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Popurri”, Oqtay Kazıminin “Yaşayır insan”, “Evimizdə şənlik var”, “Ey həyat, sən nə qəribəsən”, Emin Sabitoğlunun “Həyat bizimdir”, “Şirin dil”, “Belə ola həmişə”, Rafiq Babayevin “Dur gəl”, Tofiq Quliyevin “Sən mənimsən, mən sənin”, “Əsən külək”, Zakir Bağırovun “Könlümün yadigarı”, “Naxçıvanım”, Elza İbrahimovanın “Ey vətən” və digər sevilən musiqi nömrələri səsləndirilib. Orkestrin xüsusilə vətənpərvərlik mövzulu mahnıları tamaşaçılarda xoş ovqat yaradıb.

 

Sevgili Mustafazadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM