satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda “Şuşa ili” qeyd edilib - FOTOLAR

Babək rayonunda “Şuşa ili” qeyd edilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda “Şuşa ili” qeyd edilib<font color=red> - FOTOLAR</font> Babək rayonunda “Şuşa ili” qeyd edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadə Qarabağın azadlığı uğrunda Azərbaycanın apardığı ölüm-dirim savaşından, 44 günlük müharibədə Azərbaycanın qazandığı tarixi qələbədən, Şuşanın və işğal altında olan digər ərazilərimizin düşmən tapdağından azad edilməsindən söhbət açıb. Bildirib ki, 2022-ci il ölkəmizdə “Şuşa ili” kimi qeyd edilir. Həmçinin Qarabağın tacı olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. 

Sonra Babək Rayon Mədəniyyət Şöbəsinin “Qələbə” instrumental ansamblı konsert proqramı ilə çıxış edib. Vətənimizə, qüdrətli ordumuza və Qarabağımıza həsr olunmuş şeirlərin bədii qiraəti maraqla qarşılanıb.

Konsert proqramında Xan Şuşinski, Üzeyir Hacıbəyli, Şəfiqə Axundova və digər görkəmli korifeylərimizin repertuarına müraciət olunub.

Məktəblilərin ifasında “Qələbə marşı” isə tədbirə xüsusi rəng qatıb.

 

Şəfa Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM