satellite   Azerspace-1: 11135 H 30000

“Teleskop” tamaşası Culfada nümayiş etdirilib - FOTOLAR

“Teleskop” tamaşası Culfada nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> “Teleskop” tamaşası Culfada nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> “Teleskop” tamaşası Culfada nümayiş etdirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Culfa Rayon Mədəniyyət Sarayında Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırladığı tamaşanı təqdim edib.

Naxçıvan Dövlət Milli Dram Teatrının təcrübəli və gənc aktyorlardan ibarət kollektivinin təqdim etdiyi tamaşa ideya və səhnə həlli baxımından rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Xalq yazıçısı Elçin Əfəndiyevin yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunan “Teleskop” tragikomediyasında insanın ölümü və bundan sonra baş verənlər təsvir edilir. Tamaşada hadisələr qeyri-real olanla real olanın müstəvisində təqdim olunur.

Rejissor tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını tamaşaçıların ixtiyarına buraxır.

                                                                     Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM