satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda fonoqram oxumaq qadağan olunub

Qırğızıstanda fonoqram oxumaq qadağan olunub

Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov əmr imzalayıb.

2023-cü il yanvarın 1-dən qüvvəyə minən əmrə əsasən, Qırğızıstanda artistlərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunur.

Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM