Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.
NTV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.
Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.
Qeyd edək ki, Sərdar Səfərov Xankəndi şəhərinin komendantı olub.
