satellite   Azerspace-1: 11135 H 30000

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Nazirlər Kabineti "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası"nı və "Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası"nı təsdiq edib.

NTV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hər iki qayda Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb. "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası"nda istifadə olunan anlayışlar Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

"Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası" da Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb, bazar subyektləri tərəfindən təmərküzləşmələr haqqında rəqabət orqanına təqdim edilmiş ərizələrə baxılması, habelə rəqabət orqanına məlumat vermədən baş tutmuş və razılıq alınması tələb olunan təmərküzləşmələrin rəqabət orqanının öz təşəbbüsü ilə araşdırılması və təmərküzləşmələrə nəzarət tədbirləri zamanı tətbiq edilir. Qaydaya uyğun olaraq təmərküzləşmələrin qiymətləndirilməsi zamanı

iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsaslı təhlillər aparılır, habelə müvafiq bazarla şaquli və üfüqi əlaqəli olan qonşu bazarlarda rəqabət vəziyyəti nəzərə alınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM