satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edildi. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğunu vurğuladı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM