satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

Albaniya Respublikasının Baş naziri Zati-aliləri cənab Edi Ramaya
15 may 2025, 10:20
Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür.

Azərbaycan ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2025-ci il

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM