satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Xankəndi tikiş fabriki Qarabağa qardaş özbək xalqından çox böyük hədiyyədir

Prezident: Xankəndi tikiş fabriki Qarabağa qardaş özbək xalqından çox böyük hədiyyədir

Xankəndi tikiş fabriki dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir.

NTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib.

"Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikində hazırda iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir”, - deyə dövlət başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM