satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olundu. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulandı.

Görüşdə Bakıda keçirilən Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirinin əhəmiyyətindən söhbət açıldı. Bildirildi ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.

Dövlətimizin başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla vurğulandı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM